Hacıqabul rayonu

Ərazi: 1641.40(km² )
Əhali: 68,3 min
Telefon kodu: 0140
Poçt kodu: AZ2400
Yaşayış məntəqəsinin sayı: 31- 1 şəhər,1 şəhər tipli qəsəbə,4 qəsəbə və 25 kənd
Rayonun inzibati ərazi vahidi: 15- 5 tibb müəssisəsi,55 mədəniyyət ocağı,41 məktəb
Mətbuat orqanı: "Hacıqabul", "Mədəni irs" qəzetləri
İcra Başçısı: Əhməd Muxtarov
Sərhəd rayonları:Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan, Şirvan

1939-1959-cu illərdə Hacıqabul ayrıca rayon kimi fəaliyyət göstərmişdir.1959-cu ildə rayon ləğv olunaraq Qazı-Məmməd kimi Şirvan (keçmiş Əli-Bayramlı) şəhərinin tərkibinə daxil edilmişdir.1990-cı ilin aprelində Hacıqabul yenidən rayon statusunu almışdır.
Hacıqabul rayonu Kür – Araz ovalığının cənub – şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. «Hacıqabul» sözünün mənası «Allah sənin Həcc ziyarətin qəbul etsin» deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkəyə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buranın şəraiti düşərgə salması üçün çox münasib idi.
XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haramı dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilinin yaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər.
Hacıqabul rayonun iqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlimdir.
Burada yay fəsli çox vaxt +40 C-dən artıq olur, qışı isə mülayimdir, qış aylarında temperatur əsasən +6, +12 C həddində olur. Yağıntılar əsasən yazda və payızda düşür. Onların illik miqdarı 200 mm-dən çox olmur. Kür çayının axını boyunca yerləşən ərazilər tuğay meşələri və kolluqlarla örtülmüşdür. Rayonun ərazisində yerləşən Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır. Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif nəzərə çarpır. Lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Əli – Bayramlı Elektrik Stansiyasının ilıq suları bu gölə tökülür.
Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir. Gölün forma etibarilə oval şəkilli olması sayəsində onun sahilindən ortasına qədər məsafə kifayət qədər böyükdür, bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərtdir. Rayonda müvafiq orqanların icazəsilə və qadağan olmuş dövrləri nəzərə almaqla ovçuluq və balıqçılıqla məşğul olmaq üçün şərait var.
Rayonda xalçaçılıq sənəti yaxşı, inkişaf etmişdir. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan «Sarı xalça» xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində tarixi – memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir – ziyarətgah, qala divarları, minarəli məscid, karvansara (bunlar hamısı XIII əsrə aiddir), XIV əsrə aid yaşayış binaları, XV və XVIII – XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir.
Şəhərdə tarixi yerlərə ekskursiyalar (Hacıqabul – Qubalı Baloğlan və Hacıqabul – Udulu marşrutları üzrə) təşkil edilir.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası reqionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-nda reqionların inkişafına xüsusi diqqət yetirilmişdir.Son illərdə respublikanın digər rayonlarında olduğu kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.2009-cu ildə ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 4,7 milyon manat artaraq 95,3 milyon manata, sənaye məhsulunun həcmi 211 min manatlıq artaraq 1,942 min manata çatmışdır.Nəqliyyatda 23,8, rabitədə 11,8, ticarət və xidmət sahəsində 20,7, kənd təsərrüfatında isə 6,3 % artım olmuşdur.Əsas kapitala yönəldilən investesiyaların həcmi 16,8 milyon manat təşkil etmişdir.
Hacıqabul rayonu Kür – Araz ovalığının cənub – şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. «Hacıqabul» sözünün mənası «Allah sənin Həcc ziyarətin qəbul etsin» deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkəyə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buranın şəraiti düşərgə salması üçün çox münasib idi.
XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haramı dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilinin yaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər.Hacıqabul rayonun iqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlimdir.
Burada yay fəsli çox vaxt +40 C-dən artıq olur, qışı isə mülayimdir, qış aylarında temperatur əsasən +6, +12 C həddində olur. Yağıntılar əsasən yazda və payızda düşür. Onların illik miqdarı 200 mm-dən çox olmur. Kür çayının axını boyunca yerləşən ərazilər tuğay meşələri və kolluqlarla örtülmüşdür. Rayonun ərazisində yerləşən Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır. Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif nəzərə çarpır. Lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Əli – Bayramlı Elektrik Stansiyasının ilıq suları bu gölə tökülür.
Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir. Gölün forma etibarilə oval şəkilli olması sayəsində onun sahilindən ortasına qədər məsafə kifayət qədər böyükdür, bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərtdir. Rayonda müvafiq orqanların icazəsilə və qadağan olmuş dövrləri nəzərə almaqla ovçuluq və balıqçılıqla məşğul olmaq üçün şərait var.Rayonda xalçaçılıq sənəti yaxşı, inkişaf etmişdir. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan «Sarı xalça» xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində tarixi – memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir – ziyarətgah, qala divarları, minarəli məscid, karvansara (bunlar hamısı XIII əsrə aiddir), XIV əsrə aid yaşayış binaları, XV və XVIII – XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir.
Şəhərdə tarixi yerlərə ekskursiyalar (Hacıqabul – Qubalı Baloğlan və Hacıqabul – Udulu marşrutları üzrə) təşkil edilir.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası reqionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-nda reqionların inkişafına xüsusi diqqət yetirilmişdir.Son illərdə respublikanın digər rayonlarında olduğu kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.2009-cu ildə ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 4,7 milyon manat artaraq 95,3 milyon manata, sənaye məhsulunun həcmi 211 min manatlıq artaraq 1,942 min manata çatmışdır.Nəqliyyatda 23,8, rabitədə 11,8, ticarət və xidmət sahəsində 20,7, kənd təsərrüfatında isə 6,3 % artım olmuşdur.Əsas kapitala yönəldilən investesiyaların həcmi 16,8 milyon manat təşkil etmişdir.
Комментариев нет:
Отправить комментарий